İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Binyamin Netanyahunun iranlıları su və elektrik enerjisinin kəsilməsi fonunda öz hökumətlərinə etiraz etməyə çağırmasını pisləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Pezeşkian bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“Qəzza sakinlərini sudan və yeməkdən məhrum edən rejim İran xalqına su gətirmək istəyir? İllüziyaya baxın!”, - İran Prezidenti yazıb.
Qeyd edək ki, İranda isti havalar zamanı davam edən su və elektrik kəsintiləri fonunda dünən Netanyahunun videomüraciəti yayımlanıb. O, həmçinin texnologiya və təcrübənin ötürülməsi üçün İsrailin su mütəxəssislərini Tehrana göndərməyi də təklif edib.