Avqustun 14-ü gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad şəhərinə hücum edib, nəticədə "Lukoil-Volqoqradneftepererabotka" neft emalı zavodunun ərazisində yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.
"Volqoqrad vilayətindəki neft emalı zavodunda yanğın neft məhsullarının sızması və PUA hücumundan sonra qalıqların düşməsi səbəbindən baş verib", - qubernator bildirib.
Hücum səbəbindən "Rosaviasiya" yerli hava limanını müvəqqəti olaraq bağlayıb.