Rusiya SOCAR-ın Odessadakı neft bazasını yenə PUA-larla vurdu: CİDDİ DAĞINTILAR VAR
YENİLƏNİB, VİDEO

Ukraynanın Odessa vilayətindəki SOCAR-a məxsus neft bazası avqustun 18-nə keçən gecə “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

 

APA xəbər verir ki, birbaşa endirilən bir neçə zərbədən sonra ərazidə yanğın başlayıb.

 

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

 

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

 

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

 

Bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. 

 

Faktla bağlı cinayət işi açılıb.


**09:42


Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

 

Bu barədə UNİAN məlumat yayıb.

 

Məlumatda Rusiyanın “Şahed” PUA-ları vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum etdiyi bildirilib.

 

Qeyd edək ki, Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına avqustun 8-də də hücum etmişdi.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.