UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" və Azərbaycanın “Qarabağ” komandaları üz-üzə gəliblər.
Senzor.az bildirir ki, "Qroupama Arena"da təşkil edilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 29-cu dəqiqədə rəqibin heyətində Barnabaş Varqa açıb. Lakin 50-ci dəqiqədə Marko Yankoviç, 67-ci dəqiqədə Kevin Medina və 85-ci dəqiqədə Musa Qurbanlı fərqlənərək "Qarabağ"a qalibiyyət gətiriblər.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
**09:14 (19.08.2025)
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.
Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
...Yeri gəlmişkən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən təşkil olunan mətbuat konfransında deyib ki, rəqib də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir: “Bu baxımdan bizi çətin görüş gözləyir. Ancaq yaxşı mübarizə aparıb, Bakıya uğurlu nəticə ilə dönmək istəyirik”.