Ermənistan və İran prezidentləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda rəsmi səfərdə olan iranlı həmkarı Məsud Pezeşkian ilə iqamətgahında görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər regional gündəlikdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər. Xaçaturyan ümidvar olduğunu bildirib ki, İran Prezidentinin səfəri Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacaq, regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək.

 

Dövlət başçıları regiondakı geosiyasi vəziyyətə və kommunikasiyaların açılması məsələsinin müzakirəsinə xüsusi diqqət yetiriblər.

 

“Tərəflər vurğuladılar ki, sabit və uzunmüddətli sülhün bərqərar olması, eləcə də suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsipləri əsasında ticarət yollarının formalaşdırılması bütün regionun maraqlarına cavab verir”, - deyə məlumatda bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.