Rusiya Ukraynadakı ABŞ zavodunu da vurdu
FOTO

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib, raketlərdən biri ABŞ-ın elektronika istehsalı zavoduna düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa “X” hesabında yazıb.

 

"Raketlərdən biri ABŞ-a məxsus böyük elektronika istehsalı zavoduna düşüb, bu da ciddi zərər və insan tələfatına səbəb olub. Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan tamamilə mülki obyektdir. Bu, Rusiyanın ilin əvvəlində Kiyevdəki “Boeing” ofislərinə zərbələrindən və digər hücumlarından sonra Ukraynadakı ABŞ müəssisələrinə qarşı daha bir hücumudur", - o yazıb.

 

Nazirin, ondan əvvəl isə Zakarpatye vilayəti dövlət və hərbi administrasiyasının rəhbəri Miroslav Biletskinin paylaşdığı foto və videolardan göründüyü kimi, söhbət "Fleks Ukrayna" (Mukaçevo) şirkətindən gedir. Bu şirkət elektronika istehsalı və dizayn sahəsində dünya liderlərindən biri olan “Flextronics”ə məxsusdur.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.