Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova qarşı cinayət işi açıb.
Bu barədə UTX-nın Teleqram kanalında məlumat yayılıb.
UTX Kadırovu ağır hərbi cinayətlərdə ittiham edir: "Ramzan Kadırov Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş müharibə qanunlarını və qaydalarını pozub".
Yeri gəlmişkən, bu, Ukraynanın Kadırova qarşı irəli sürdüyü ilk cinayət işi deyil. 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbərini müharibənin təşkilində ittiham etmişdi.