Gürcüstan dövlət sərhədini qanunsuz keçən 4 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən məlumat verilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxslərin ikisi Ermənistan, digər ikisi isə Azərbaycan ərazisindən “Sadaxlı”, “Vaxtanqisi” və “Qırmızı körpü” sərhəd-keçid məntəqələrindən yan ötməklə Gürcüstana daxil olub.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Gürcüstan dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinən əcnəbiləri 5 ilədək həbs cəzası gözləyir.