Ukrayna ordusu pilotsuz uçuş aparatları vasitəsilə Ryazandakı neft emalı zavoduna, eləcə də Rusiya qoşunlarının nəzarətində olan Luqanskdakı neft bazasına zərbə endirib.
Bu barədə "İnterfaks-Ukrayna" Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ryazan neft emalı zavodu ildə 17,1 milyon ton emal gücünə malikdir. "Zərbə Xüsusi Əməliyyat Qüvvələri və Kəşfiyyat Baş İdarəsi ilə əlaqələndirilmiş qaydada endirilib", - R.Brovdi yazıb.