Dövlət çevrilişinə imkan verməyəcəyik! – GÜRCÜSTANIN BAŞ NAZİRİ

Dövlət öz yerindədir və heç kimə onu hər hansı bir yolla devirməyə imkan verilməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət siyasətçilərinin “dövlətin dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

 

“Biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk və bu sözə mütləq əməl edəcəyik”, – deyə Kobaxidze vurğulayıb.

 

Xatırladaq ki, “Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü (yerli hakimiyyət orqanlarına seçkilər günü) “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləyib.

 

Oktyabrın 4-də Gürcüstanın 64 şəhər və rayonunda eyni vaxtda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə 14 partiya iştirak edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.