Parisdə Makron və Bayrunun istefası tələbi ilə aksiya keçirilib - VİDEO

Parisdə Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Fransua Bayrunun istefası tələbi ilə kütləvi etiraz aksiyası keçirilib. Aksiyada mindən çox insan iştirak edib.

 

TASS xəbər verir ki, tədbir iştirakçıları "Makron istefa", "Avropaya yox" şüarları səsləndiriblər.

 

Onlar, həmçinin hökumət başçısının vəzifədən uzaqlaşdırılmasının tərəfdarı olduqlarını və hökumətin yalnız müəyyən şəxslərin və qrupların rifahının artmasına xidmət edən siyasətindən narazılıqlarını bildiriblər.

 

Bundan əlavə, iştirakçılar Rusiya-Ukrayna münaqişəsinin tezliklə həll olunmasını tələb ediblər. Şüarlardan biri "Makron, sənin müharibən bizə lazım deyil!" olub.

 

Qeyd edək ki, sentyabrın 8-də Fransada Bayru hökumətinə etimad səsverməsi keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.