Rusiya Ukraynaya növbəti kütləvi hücumunu həyata keçirib.
Senzor.az "UNİAN"a istinadən bildirir ki, hücum zamanı taktiki PUA-lar və raketlərdən istifadə olunub.
Zərbə endirilən şəhərlər arasında Kiyev, Odessa, Zaporoje, Xarkov, Kremençuk, Krivoy Roq var.
“Nikopol bölgəsində terror hadisəsi axşam saatlarından davam edib. Rayon mərkəzləri, Pokrovsk, Marqanets və Mirovsk bölgələrində güclü partlayışlar eşidilib. Nəticədə 54 yaşlı kişi ölüb, daha bir 64 yaşlı yerli sakin xəsarət alıb”, – deyə Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə xəsarət alanların sayının artıq 15-ə çatdığını açıqlayıb.
Yerli televiziya kanallarının məlumatına görə, bu gün rekord sayda, təxminən 700 ədəd “Geran-2” PUA-larından istifadə olunduğu ehtimal edilir.
Kiyevə 4 ədəd 9M728 “İskəndər-K” qanadlı raketlə zərbə endirilib, hadisə yerində güclü yanğın olub. PUA-nın düşməsi nəticəsində Hökumət binasında da yanğın baş verib.