Gürcüstanda oktyabrın 4-də keçiriləcək bələdiyyə və mer seçkilərində dörd nəfər azərbaycanlı mer vəzifəsi uğrunda mübarizə aparacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Marneuli meri postu uğrunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Daur İsmayılov, “Lelo-güclü Gürcüstan” partiyasından Əsəd Əliyev və “Bizim Gürcüstan” partiyasından Əli Bədirov mübarizə aparacaqlar.
Bolnisi meri vəzifəsi uğrunda isə “Lelo-güclü Gürcüstan” partiyasının namizədi Asəf Çıraqov mübarizəyə qoşulanlar arasında olacaq.
Bələdiyyə deputatı mandatı uğrunda mübarizə aparacaq azərbaycanlı namizədlərə gəlincə, onların sayı 100 nəfərə qədərdir.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə ümumilikdə 12 partiya, Tbilisi də daxil olmaqla, 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.
Gürcüstan MSK səsvermənin təşkili üçün artıq 3051 seçki məntəqəsi açıb.