Xankəndidə dünən təxribat törətmək istəyən erməni bir il əvvəl Baku TV-yə nələr deyibmiş? – VİDEO

Xankəndidə dünən təxribat törədən və bir polis əməkdaşının yaralanmasına səbəb olan erməniəsilli şəxs bir il bundan öncə Baku TV-yə müsahibə veribmiş.

 

Karen Avanesyan həmin müsahibəsində vurğulayıb ki, 16 yaşında Azərbaycan vətəndaşlığı  alıb. Ancaq 30 il öncə mafiya Xankəndini ələ keçirib. Bundan sonra azərbaycanlılar doğma yurdlarından məcburi köçkün düşüblər, mafiya isə qalanların pasportlarını dəyişib.

 

"Mən Ermənistan vətəndaşı deyiləm, mən azərbaycanlıyam", - K.Avanesyan deyib.

 

Həmin müsahibəni təqdim edirik:

Senzor.az xatırladır ki, dünən Katen Avanesyan qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası alan K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

 

K. Avanesyan hazırda həkim nəzarətindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.