Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İLK DƏFƏ

ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibədə ilk dəfə təcavüzkar adlandırıb və bu onun Moskvaya qarşı mövqeyinin həqiqətən də sərtləşdiyini göstərir.

 

"Politico" nəşrinin xəbərinə görə, Tramp bu sözləri jurnalistlərə müsahibəsində Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunarkən deyib.

 

"Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiya tərəfdən daha çox həlak olan var, lakin təcavüzkar sən olanda daha çox itirirsən", - deyə ABŞ Prezidenti vurğulayıb.

 

Qeyd edək ki, daha əvvəl Donald Tramp Moskvanı işğala görə qınamaqdan imtina etmişdi. Həmçinin ABŞ "Böyük yeddiliy"in fevral ayında Rusiyanı təcavüzkar adlandıran bəyanatına da etiraz etmişdi.

 

Lakin yayda Trampın Kremlə münasibəti dəyişib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa sülh danışıqlarına vasitəçilik etmək səylərinə mane olduğu üçün onun administrasiyası Putinə getdikcə daha çox təzyiq göstərməyə başlayıb.

 

"Mən yeddi müharibəni dayandırmışam və düşünürdüm ki, bu mənim üçün asan olacaq, amma bu çətin oldu. Onlar (Zelenski və Putin - red.) bir-birilərinə nifrət edirlər", - deyə Tramp vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.