İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərin lideri Əbdül-Malik əl-Husiyə sərt xəbərdarlıq edib.
Senzor.az-ın məlumatına görə, nazir "X" platformasında yayımladığı bəyanatda husilərə qətiyyətli cavab veriləcəyini bildirib.
“Sənin də vaxtın gələcək. Səni bütün hökumət üzvləri və "şər oxu"nun digər üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndərəcəklər”, - deyə Katz yazıb.
O, həmçinin husilərin bayrağında yazılmış “İsrailə ölüm, yəhudilərə lənət” şüarının əvəzlənəcəyini vurğulayıb: “Bu bayraq sonda mavi-ağ İsrail bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”.