Rusiyanın paytaxtı Moskvaya dron hücumu olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhər meri Sergey Sobyanin özünün "Telegram" kanalında yazıb.
O, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən paytaxta uçan 7 dron və PUA-nın vurulduğunu açıqlayıb.
Rusiya mediasının məlumatına görə, Moskva aeroportlarında "Xalça planı" elan edilib. Paytaxta uçan bəzi aviareyslərin istiqaməti dəyişdirilib. Şəhərin mərkəzində və Reutov, Skolkovo, Odintsovo, Konkovo, Kuzminki, Çertanovo rayonlarında partlayış səsləri eşidilib.