Zelenski hələ də qan töküldüyü üçün BEYNƏLXALQ TƏŞKİLATLARI GÜNAHLANDIRDI

Beynəlxalq təşkilatlar qan tökülməsinə son qoymağa qadir deyil, onlar zəifdir - dünyada davam edən çoxsaylı münaqişələr bunu sübut edir.

 

Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında deyib.

 

"Məsələn, Sudanı, Fələstini, Somalini götürək. Onilliklər boyu BMT-dən yalnız bəyanatlar eşidirik. Qəzzada, Suriyada baş verənlər bizə bu vəziyyətdən çıxmağın çox çətin olduğunu xatırladır", - V.Zelenski bildirib.

 

Onun sözlərinə görə, bu gün yalnız birlik və möhkəm ittifaqlar, həmçinin tərəfdaşların hərbi dəstəyi Ukraynanın təhlükəsizliyini təmin edə və qarşıya qoyulmuş məqsədlərə çatmağa kömək edə bilər.

 

"Əgər ölkə sülhə can atırsa, o, öz hərbi potensialını artırmalıdır. Əgər beynəlxalq hüququn müdafiəsində durmağa hazır olan nüfuzlu dostlarınız yoxdursa, beynəlxalq hüquq tam işləmir", - Ukrayna Prezidenti bildirib.

 

V.Zelenski vurğulayıb ki, heç bir ukraynalı belə bir reallıqda yaşamağı seçməyib, prioritet azadlıq və müstəqillik olub. "Məhz bu səbəbdən biz müdafiəyə sərmayə qoyuruq. Bir çox ölkələr üçün başqa alternativ yoxdur", - o qeyd edib.

 

Ukrayna lideri həmçinin bildirib ki, məhz Rusiya atəşkəs razılaşmalarına qarşı çıxır, nəticədə insanlar həlak olmaqda davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.