Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüşdə Suriya xarici işlər naziri Esad Şeybani və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak ediblər.
Tərəflər regional və iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.