Danimarkada hava limanlarına qarşı həyata keçirilən dron hücumlarında Rusiyanın iştirakına dair dəlil yoxdur.
BBC xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Land Poulsen deyib.
Onun sözlərinə görə, dronlar xarici ölkədən yox, Danimarkanın öz ərazisindən buraxılıb.
Nazir bildirib ki, hələlik bu dronların haradan buraxıldığı bilinmir, amma onların uzaq məsafədən gəlmədiyi məlumdur.
Danimarkanın müdafiə naziri dron hücumunu hibrid hücum adlandırıb və hücumun çox peşəkar şəkildə həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Danimarkanın Aalborq şəhərindəki hava limanı naməlum pilotsuz uçuş aparatlarının aşkar olunması səbəbindən müvəqqəti fəaliyyətini dayandırdıqdan sonra yenidən açılıb.