Lukaşenko Moskvada Paşinyanla görüşdü: NÜVƏ TEXNOLOGİYALARININ İNKİŞAFI İLƏ BAĞLI KÖMƏK TƏKLİF ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada görüşüblər.

 

Senzor.az bildirir ki, bu barədə “Pul Pervoqo” məlumat yayıb.

 

Belarus və Ermənistan liderləri Qlobal Atom Forumu çərçivəsində bir-birlərinin əlini sıxıblar.

 

Aleksandr Lukaşenko Forum zamanı Nikol Paşinyana nüvə texnologiyalarının inkişafı üçün Minsk və Moskvadan kömək istəməyi təklif edib.

 

"Bəli, Nikol Vovayeviç, əgər lazım gələrsə, bizimlə əlaqə saxlayın. Rusiya Prezidenti razılıq versə, biz bu işə başlamağa hazırıq", - Belarus dövlət başçısı bildirib.

 

Lukaşenko onu da əlavə edib ki, Belarus başqa ölkələrdə də atom elektrik stansiyalarının tikintisində iştirak etməyə hazırdır. O, həmçinin bəyan edib ki, Belarus Rusiyaya və onun Prezidenti Vladimir Putinə Atom Elektrik Stansiyasının tikintisinə göstərdiyi köməyə görə minnətdardır. O əlavə edib ki, Moskvanın sayəsində Belarus həqiqətən nüvə ölkəsinə çevrilib.

 

Qeyd edək ki, Belarus və Ermənistan öz səfirlərini məsləhətləşmələr üçün geri çağırıblar. Paşinyan isə bildirib ki, Lukaşenko prezident olduğu müddətdə Belarusa heç vaxt səfər etməyəcək, o, hətta məmurlarına Belarusa səfər etməyi qadağan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.