ABŞ-la danışıqlar aparmaq mümkün deyil, çünki onlar daim razılaşmaları pozur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Ali Rəhbəri Əli Xamenei X səhifəsində bəyan edib.
O yazıb: "Qarşı tərəf bütün vədləri pozur, daim hərbi müdaxilə ilə hədələyir. Bu tərəflə danışıqlar aparmaq, oturub tam inamla razılaşmaq mümkün deyil".
Xamenei deyib ki, əgər Vaşinqtonun imkanı olarsa, ABŞ İranın nüvə obyektlərini yenidən bombalaya və ya İranın yüksək rütbəli hərbi rəsmilərini öldürə bilər.