Cey Di Vens: Rusiya görüşlərdən imtina edir

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiyanın son həftələrdə Ukrayna ilə ikitərəfli, eləcə də ABŞ-ın iştirakı ilə üçtərəfli görüşlərdən imtina etdiyini bildirib.

 

Bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.

 

“Biz hələ də sülhə sadiqik, amma tanqo üçün iki nəfər lazımdır”, – deyə Vens bildirib.

 

O, Moskvanın “reallığı qəbul edərək ayılacağına” və münaqişənin sona çatması üçün addımlar atacağına ümid etdiyini vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Vaşinqtonun vasitəçiliyi ilə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşün baş tutacağına ümid etdiyini bəyan edib.

 

Rusiya Prezidenti Vladimir Putin isə Ukrayna tərəfi ilə təmaslara hazır olduğunu təsdiqləsə də, bu cür görüşlərin əhəmiyyətinin çox olmadığını bildirib. Onun sözlərinə görə, əsas məsələlərdə Ukrayna ilə razılığa gəlmək mümkün deyil.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.