İranın ABŞ ilə birbaşa, yaxud dolayı ismarış mübadiləsi aparmasına baxmayaraq, danışıqlar faydasızdır.
"Mehr" agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, "Avropa üçlüyü" (Böyük Brtaniya, Fransa, Almaniya), BMT Baş katibi və AEBA-nın Baş direktoru ilə intensiv danışıqlara baxmayaraq, ABŞ-ın yüksək tələbləri və avropalıların sövdələşməsi səbəbindən kompromis əldə etmək mümkün olmayıb.