“Tacikistandakı Rusiya hərbi bazası Mərkəzi Asiyanın təhlükəsizliyinin qarantıdır”.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşündə deyib.
“Respublikada yerləşən 201-ci Rusiya hərbi bazası Tacikistanın və bütün regionun təhlükəsizliyinin qarantıdır”, - Rusiya lideri vurğulayıb.
Məhdud və geniş tərkibdə Rusiya-Tacikistan danışıqlarından sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər. V.Putin hərbi baza barədə fikrini orada da təkrar edib.