MDB dövət başçılarının Düşənbədəki sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Senzor.az bildirir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
Levedev bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında səmimi söhbət olub: “Siz də gördünüz: Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında çox isti söhbət olub və onlar mübahisəli məsələləri deyil, Cənubi Qafqazda sülhü və təhlükəsizliyin möhkəmləndirilməsində irəliləyiş yollarını müzakirə ediblər”, - o vurğulayıb.