“YAXŞI VARİANTLAR VAR” – Zelenski Trampla bugünkü danışıqlarının detallarını açıqladı
VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı xüsusilə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.

 

"Prezident Trampı onun həqiqətən təmin etdiyi Yaxın Şərq üzrə uğur və razılaşmaya görə təbrik etdim və bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də, o cümlədən Rusiya müharibəsi dayandırıla bilər", - Zelenski bildirib.

 

Prezident əlavə edib ki, Trampla söhbətdə Ukraynadakı hadisələrə də toxunulub. Konkret olaraq, Zelenski Ağ Ev rəhbərini Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri barədə məlumatlandırıb.

 

"Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var. Bizə rusların əsl diplomatiya ilə məşğul olmağa hazır olması lazımdır. Buna güc yolu ilə nail olmaq olar. Təşəkkür edirəm, cənab Prezident!", -  Zelenski Trampa xitab edərək deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.