DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
YENİLƏNİB, VİDEO


Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirib.

 

Senzor.az bildirir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olub. 

 

Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.

***

***

**11:52 (13.10.2025)


Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olacaq. 

 

Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

 

Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

 

Qeyd edək ki, ilk turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.