Ərdoğan Misirdə Emmanuel Makron, Kir Starmer, Giorgiya Meloni və Şeyx Mansurla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

 

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

 

Görüş mediaya qapalı keçirilib.

 

Bundan başqa, R.T.Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də görüşüb.

 

Ərdoğan bildirib ki, Türkiyə Qəzzadakı hücumların dayandırılması və atəşkəsin əldə olunması üçün ciddi səylər göstərir. Prezident davamlı sülhün yalnız ikidövlətli həll yolu ilə mümkün olduğuna diqqət çəkib, beynəlxalq ictimaiyyətin bu istiqamətdəki səylərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Türkiyə lideri, həmçinin İtaliyanın Baş naziri Giorgiya Meloni və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyanı da qəbul edib.

 

Qəbullar zamanı Türkiyə və İtaliya, eləcə də BƏƏ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Yaxın Şərq Sülh Sammitində iştirak üçün Misirdə səfərdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.