Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, telefon danışığı zamanı Qazaxıstan Prezidentinin Rusiyaya qarşıdan gələn dövlət səfərinə hazırlıq kontekstində ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələləri müzakirə olunub.
Prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyinin daha da möhkəmləndirilməsinə, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.