Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna BAXIŞ KEÇİRDİLƏR
FOTO

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin başçılıq etdikləri nümayəndə heyətləri Astara şəhərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriblər.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Nümayəndə heyətləri 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində açılan avtomobil körpüsünə baş çəkiblər.

 

Körpünün buraxılış imkanı hər tərəfə gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ümumilikdə 1000 ədəd yük nəqliyyat vasitəsi təşkil edir.

 

Daha sonra İranın Astara şəhərində yerləşən və Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikinti işlərinin gedişi ilə tanışlıq olub.

 

Terminalın hazırkı illik yükaşırma imkanı 1 milyon ton təşkil edir və onun 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

 

Nümayəndə heyətləri həmçinin İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinə baxış keçiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.