Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb.
Senzor.az bildirir ki, bununla bağlı TÜRKPA-nın Baş Ofisində iclas keçirilib.
İclas çərçivəsində Baş katib səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erden yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.
Rəsmi mərasimdə TÜRKPA-nın bayrağının təhvil verilməsi prosesi həyata keçirilib.