DİN Tbilisidə etirazçılara xəbərdarlıq etdi:
PARLAMENTİN QARŞISINDAKI YOL BOŞALDILDI

Bir az əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçılarına yolun hərəkət hissəsini boşaltmaq barədə müraciət etmiş və əks halda sərt tədbir görüləcəyini bildirmişdi.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda deyilirdi: "Aksiya iştirakçılarını və təşkilatçılarını qanunun tələblərinə əməl etməyə,"Yığıncaqlar və nümayişlər haqqında" qanunun 13-cü maddəsinə uyğun olaraq 15 dəqiqə ərzində yolun hərəkət hissəsini açmağa və Rustaveli prospektində nəqliyyatın maneəsiz hərəkətinə şərait yaratmağa çağırırıq". 

 

Nazirlik xəbərdarlıq etmişdi ki, tələblərə əməl olunmadığı halda aksiya iştirakçılarının şəxsiyyəti müəyyən ediləcək və qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar.

 

Həmin anlarda Gürcüstan parlamentinin binası qarşısında kiçik etiraz aksiyası keçirilirdi. Aksiya iştirakçıları, piyada zonasında kifayət qədər yer olmasına baxmayaraq, yolun hərəkət hissəsini bağlamışdılar.

 

Xatırladaq ki, Gürcüstan parlamenti 16 oktyabrda İnzibati və Cinayət məcəllələrinə dəyişikliklər qəbul edib. Yeni düzəlişlərə əsasən, piyada zonasında yerləşən aksiya zamanı yolun hərəkət hissəsini bağlayan şəxs 15 günədək inzibati həbs ediləcək. Eyni cəza aksiya zamanı maskada olmaq və ya qadağan olunmuş əşyalar daşımaq hallarında da tətbiq ediləcək.

 

Aksiya iştirakçıları DİN-in tələblərinə tabe olmazsa, silah və ya pirotexniki vasitələr daşıyarsa, onları 60 günədək həbs gözləyir. Təkrar qayda pozuntusu isə bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

... Hökumət əleyhinə etiraz aksiyasının iştirakçıları DİN-in xəbərdarlığından sonra parlament binasının qarşısındakı yolu boşaldıblar.

 

Hazırda parlamentin binası qarşısında az sayda insanın iştirakı ilə mitinq keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.