Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev hətta beynəlxalq təzyiq yalnız Ukrayna tərəfinə yönəlsə belə Rusiyanın danışıqların heç bir konfiqurasiyasında qələbəsinə imkan verməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu dövlət başçısı jurnalistlərin ABŞ və Rusiya prezidentlərinin Budapeştdə gözlənilən görüşünün mümkün ssenarilərı haqqında sualına cavab verərkən deyib.

 

Onun sözlərinə görə, bir çox şey danışıqların hansı formada keçiriləcəyindən asılıdır: "Əgər təzyiq yalnız Ukraynaya olarsa - heç kim qalib çıxmayacaq. Biz rusiyalılara qələbə qazanmağa imkan verməyəcəyik".

 

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də bildirib ki, növbəti iki həftə ərzində Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.