Türkiyənin İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu “saxta diplom işi” çərçivəsində 2 ildən 6 aya - 8 ildən 9 aya qədər həbs cəzası tələbilə ikinci dəfə hakim qarşısına çıxır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, proses İstanbulda Asliye Cəza Məhkəməsinin zalının kifayət etməməsi iddiası ilə Silivridəki qapalı Mərmərə cəzaçəkmə müəssisəsinin 1 nömrəli məhkəmə zalında keçiriləcək.
İclasdan əvvəl zalda tamaşaçı kimi iştirak etmək istəyən kütlə ilə jandarm arasında gərginlik yaranıb. Qurulan baryerləri aşaraq zalın qarşısına gələnlər içəri girmək istəyərkən jandarm ilə toqquşma baş verib.
Qarşıdurma nəticəsində zala girişlər bağlanıb. İclasın gərginlik aradan qalxdıqdan sonra başlayacağı gözlənilir.