"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Azərbaycan çempionu III turda İspaniyada "Atletik" klubunun qonağı olacaq.
Bilbao şəhərindəki "San Mames" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edəcək.
Hazırda Ağdam klubu 6 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Xalı olmayan Bilbao təmsilçisi isə 35-ci sırada yer alıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin ilk iki turunda Portuqaliyada “Benfika”nı 3:2, Bakıda isə Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.