Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

 

İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.

 

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

 

Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edib, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.