Rusiyada zavodda partlayış: 10 nəfər ölüb, xəsarət alanlar da var...
ÇELYABİNSKDƏ MATƏM ELAN OLUNDU

Dünən gecə Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, son məlumata görə, partlayış nəticəsində 10 nəfər ölüb, 18 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib. Sonuncuların vəziyyəti stabil, lakin ağır qiymətləndirilir.

 

Vilayətin qubernatoru Aleksey Teksler bildirib ki, Kopeysk şəhərində fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə əməliyyatları davam edir. 

 

Qubernator onu da deyib ki, hadisə ilə əlaqədar matəm elan olunacaq: “Oktyabrın 24-ü Çelyabinsk vilayətində matəm günü elan ediləcək. Regionun bütün ərazisində bayraqlar yarıya endiriləcək. Bununla yanaşı, əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunur".

 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayış sənaye müəssisəsində istehsal prosesi zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib. Hadisə ilə bağlı təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi ilə cinayət işi açılıb.

 

Zavodda baş verən yanğın söndürülüb, xilasedicilər konstruksiyaların su ilə soyudulması prosesini həyata keçirirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.