
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşı ilə birlikdə İsrailə səfəri çərçivəsində Yerusəlim (Qüds) şəhərində Müqəddəs Dirilmə Kafedralını ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə Yerusəlim Erməni Patriarxlığının yepiskopu Koryun Baqdasaryan sosial mediada yazıb.
“Bu gün Yerusəlim erməni patriarxı adından ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşını Müqəddəs Dirilmə Kafedralında salamlamaq və erməni bölməsində erməni kilsəsi və Yerusəlim erməni patriarxlığı haqqında qısa məlumat təqdim etmək şərəfinə nail oldum”, - o bildirib.