
Ukrayna dondurulmuş Rusiya aktivlərindən yerli silah istehsalı, Avropa və Amerika silahlarının alınması üçün istifadə edə bilməlidir.
"Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
"Bugünkü müzakirələr çətin, lakin təkcə bizim üçün deyil, həm də avropalı tərəfdaşlarımız üçün çox vacib və əhəmiyyətli idi", - o qeyd edib.
Zelenski bəyan edib ki, Ukrayna təkcə uzaqmənzilli silah istehsal etmək texnologiyasına malik deyil, həm də onları özü və Avropa üçün istehsal etməyə, eləcə də tərəfdaşları ilə bölüşməyə hazırdır.