
Gürcüstan Prokurorluğu keçmiş Baş nazir İrakli Qaribaşvili barəsində həbs qətimkan tədbiri əvəzinə 1 milyon lari məbləğində girov təyin olunmasını tələb edib. Bununla yanaşı, prokurorluq onun Gürcüstan pasportunun müsadirə olunmasını və ölkədən çıxışına qadağa qoyulmasını da istəyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, keçmiş hökumət başçısı özünə qarşı irəli sürülən ittihamları tam şəkildə etiraf edib.
Prokurorluğun məlumatına görə, məhkəmədə tələb olunan girov həm nağd vəsait, həm də daşınmaz əmlak formasında təmin edilə bilər.