
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə bu gün keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət veriblər.
2 zərərçəkən - politoloq Oqtay Qasımov və Etibar Nəsib dəymiş ziyanı ödəmədiyinə görə Anar Əsədlinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər. Məhkəmə həmin vəsatəti təmin edib və onun həbsi barədə qərar çıxarıb.
Anar Əsədli məhkəmə zalında həbs edilib.
Növbəti proses 28 noyabra təyin edilib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.