
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu növbəti dəfə Ukrayna paytaxtı Kiyev şəhərinə hava hücumları həyata keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, gecə saatlarında paytaxtda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemi işə düşüb.
Hava hücumu zamanı Rusiya ordusu müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə edərək bəzi strateji infrastruktur obyektlərinə zərbələr endirib. Kiyev şəhər hərbi administrasiyasının verdiyi məlumata görə, hava hücumu nəticəsində 2 mülki şəxs həlak olub, 10-a yaxın insan isə xəsarət alıb.
Hazırda yanğın baş verən ərazilərdə alov söndürülür və bu işə çox sayda helikopter cəlb edilib.
Qeyd edək ki, son vaxtlar Rusiya ordusunun hava hücumları nəticəsində paytaxtın enerji və qaz təchizatında ciddi problemlər yaranıb.