“Sputnik Azərbaycan”ın şef redaktoru da Bakıdan getdi

"Sputnik Azərbaycan"ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan gedib.


Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.


Qeyd edək ki, bir neçə gün əvvəl Belousov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist ev dustaqlığına buraxılıb.


Xatırladaq ki, bu ilin iyul ayında “Sputnik Azərbaycan”ın əməkdaşları İqor Kartavıx və Yevgeni Belousov eyni məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilmişdilər. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittiham irəli sürülmüşdü.


Oktyabr ayında İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınmışdı.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.