Ruslar milli mənsubiyyətlərini dəyişirlər

Ukraynaya hərbi müdaxilə başlayandan bəri onlarla rus vətəndaşlığını dəyişmək üçün məhkəməyə müraciət edir. Belə hallar son vaxtlar əvvəlkindən daha çox müşahidə olunur.

 

Rusiyanın müxalifət KİV-lərinin məlumatına görə, onlardan kimisi mühacirət, kimisi müavinət, kimisi də ailənin tarixi köklərini qorumaq üçün bu addımı atır.

 

“Bu cür məhkəmə iddiaları üzrə 200-dən çox qərarın araşdırılması nəticəsində məhkəməyə ən çox müraciət edənlərin sənədlərində özlərini “rus” kimi göstərən, lakin bir neçə ildən sonra fikrini dəyişənlər olduğu müəyyənləşib. Onlar Rusiyadan köçürülə biləcək alman, yəhudi, bolqar, yunan, latış və ya polyak identikliyini seçməklə rus mənsubiyyətindən imtia edirlər”, - müxalif media vurğulayıb.

 

Ayrı bir kateqoriya kiçik yerli xalqların nümayəndələrindən ibarətdir: şorlar, çukçalar, evenklər, itelmenlər və başqaları. Onlar ən çox sənədlərindən rus, yakut və ya altay milli mənsubiyyətlərinin çıxarılmasını xahiş edirlər.

 

Maraqlıdır ki, belə reallıq fonunda, cəmi üç ərizəçi öz milli mənsubiyyətini rus indentikliyinə dəyişmək istəyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.