Ötən gecə Rusiya Ukraynaya 650-dən çox dron və 50-dən çox raketlə hücum edib - ZELENSKİ

Rusiya ötən gecə Ukrayna ərazisinə kütləvi hücum zamanı 650-dən çox pilotsuz uçuş aparatı və 50-dən çox müxtəlif tipli raket, o cümlədən ballistik və aeroballistik raketlər atıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

 

Onun sözlərinə görə, hücumlar nəticəsində onlarla insan, o cümlədən beş uşaq xəsarət alıb. İki nəfərin ölümü təsdiqlənib. Ladıjin şəhərində yeddi yaşlı oğlan ağır yaralanıb.

 

Hücumlar ölkənin bir neçə regionunu - Vinnitsa, Kiyev, Nikolayev, Çerkası, Poltava, Dnepropetrovsk, Çerniqov, Sumı, İvano-Frankovsk və Lvov vilayətlərini əhatə edib. Enerji infrastrukturuna ziyan dəyib.

 

V.Zelenski Moskvaya təzyiqin artırılması üçün ABŞ, Avropa və "Böyük yeddilik" ölkələrinin qətiyyətli addımlarına ümidvar olduğunu vurğulayıb.

 

"Rusiyanın neft və qaz sektoruna, maliyyə sisteminə və bu müharibəni maliyyələşdirən hər kəsə qarşı sanksiyalarla bağlı yeni addımlar atılmalıdır. Sülh uğrunda mübarizə aparan hər kəsə təşəkkür edirəm", - Ukrayna Prezidenti söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.