
Dağıstan Respublikası Xalq Məclisinin üzvü Aliaskab Şabanov Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Rusiya ordusunda xidmət etməyə başlayıb.
Bu barədə Dağıstan mətbuatı məlumat yayıb.
Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun sözlərinə görə, bu, respublika parlamentinin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan dördüncü üzvüdür.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        