
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, C.Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirin uğurla keçirilməsi və mükəmməl təşkilinə görə səmimi şəkildə təbrik edib.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        