![]()
İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən "Gürbulak" keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb.
Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar).
O da bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə dəyəri 96 milyard dollar olan 30 100 kiloqram çəkidə narkotik maddə ələ keçirilərək məhv edilib.