Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb
FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Qahirə şəhərində Ərəb Parlamentinin Prezidenti Mohamed Alyammahi ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən məlumata görə, görüşdə spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi dəyərlərin dayandığını vurğulayıb.

 

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. O cümlədən, Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin parlamentləri ilə sıx əlaqələrə malik olduğu bildirilib. Bu günlərdə Bakıda keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş Beynəlxalq Parlament Konfransında bir sıra ərəb ölkələri parlamentlərinin nümayəndə heyətlərinin iştirakından da məmnunluq ifadə olunub. 

Görüşdə Mohamed Alyammahi Azərbaycanın ərəb ölkələri üçün xüsusi yerə malik olduğunu qeyd edib. O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi, həmçinin 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

 

Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq səviyyədə də birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Həmçinin, Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak etdiyi vurğulanıb.

 

Görüşdə, həmçinin Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, bu istiqamətdə birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.